Bakı-Qazax yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, yolun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində “Land Cruiser” markalı, 99 XX 060 dövlət nömrə-nişanlı avtomobil aşıb.
Nəticədə avtomobildə olan Tovuz rayon sakinləri - 1989-cu il təvəllüdlü Orxan Abbasov və 1990-cı il təvəllüdlü Elgün adlı şəxs aldıqları xəsarətdən hadisə yerində ölüblər, 1994-cü il təvəllüdlü Əliyev Seymur Yaşar oğlu isə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az