Çinlilər “Mercedes-Benz Gelandewagen”i hədəf alıblar.
Oxu.Az xəbər verir ki, bu ildən etibarən Çinin BAİC şirkəti “Gelandewagen” görünüşlü, “BJ80” modellərinin satışına başlayır.
Əsl “Gelandewagen”dən heç nə ilə fərqlənməyən bu “kitayski” “Gelandewagen”in qiyməti 300 min yuan (təxminən 48 300 dollar) dəyərində olacaq. Kuza tipi və ön faralar eynidir.
“Kitayski” “Gelandewagen”in texniki xarakteristikası isə hələlik məlum deyil.
E.Ə.
www.oxu.az