Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Maqnit qasırğaları zamanı sağlam qidalanmanın yolları
"Maqnit qasırğaları zamanı məhsuldar həyat tərzini qorumaq üçün düzgün istirahəti təmin etmək və həddindən artıq gərginlikdən çəkinmək vacibdir".
Oxu.Az xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına müsahibəsində rusiyalı terapevt, tibb elmləri namizədi Andrey Kondraxin danışıb.
O, qidalanmaya diqqət yetirməyi, yağlı, qızardılmış və hisə verilmiş qidalardan uzaq durmağı tövsiyə edib. Maqnit qasırğalarının müşahidə olunduğu günlərdə çay və qəhvədən imtina etmək, tərəvəz, meyvə, dovşan və quş əti ilə qidalanmaq, həmçinin bol su içmək məsləhətdir.
Kondraxin düzgün yuxunun vacibliyini də xatırladıb - gündə ən azı səkkiz saat yatmaq lazımdır. O xəbərdarlıq edib ki, yuxusuzluq stres hormonlarının toplanmasına səbəb olur və xroniki yorğunluğa yol açır.
"Maqnit qasırğaları ilə birlikdə bu, iş qabiliyyətini azaldaraq, stresi artıra bilər" , - deyə əlavə edib.
Həkim idmanla məşğul olmağın mümkün olduğunu, lakin həddindən artıq fiziki fəaliyyətdən çəkinməyin vacib olduğunu da vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun mətbuat xidmətinin məlumatına görə, oktyabrın 4-dən 5-dək güclü maqnit qasırğası gözlənilir.
"Geomaqnit qasırğası" teqi üzrə xəbərlər
- Günəş aktivliyi 2025-ci ildə pik nöqtəsinə çatacaq: Maqnit qasırğaları güclənəcək
- Maqnit qasırğası zamanı səhhətdə yaranan problemlərdən xilas edən altı TÖVSİYƏ
- Yer kürəsində maqnit qasırğası kritik həddə çatır
- Günəşdə çox sayda güclü partlayışlar baş verib: Maqnit qasırğası gözlənilir
- Bu gün və sabah geomaqnit qasırğası gözlənilir