Çin alimlərinin fikrinə görə, kartof, soğan və kələmin tez-tez qəbulu mədə xərçənginin riskini xeyli azaldır.
Oxu.Az bu barədə saglamolun.az-a istinadla xəbər verir.
Alimlər 6 milyondan artıq insanın iştirak etdiyi 76 araşdırmanın nəticələrini təhlil edərək bu qərara gəliblər. Araşdırmalarda qidalanma ilə xərçəngin riski arasında olan əlaqə müəyyənləşdirilib.
Araşdırmalar göstərib ki, kələm, kartof və soğan kimi tərəvəzləri qidalanmasına tez-tez daxil edən insanlarda mədə xərçəngi 30% daha az hallarda inkişaf edir.
Alimlər bu tərəvəzləri gündəlik qidalanmaya daxil etməyi tövsiyə edirlər. Təbii ki, tərəvəzləri qızardılmış şəkildə deyil, ya çiy, ya az suda, ya da buxarda bişirilmiş halda yeməyi tövsiyə edirlər.
A.S.
www.oxu.az