Hər bir xalqın öz mətbəx ənənələri var. Amma ənənələrdə bir oxşar cəhət var, süfrədə olan nemətlərin hər birinin öz anlamı olur.
Oxu.Az AdMe.ru-ya istinadən Yeni il bayramında müxtəlif ölkələrdə hazırlanan bayram süfrələrini təqdim edir.
Danimarka
Danimarkalılar ənənəvi olaraq masaya içi quru meyvələrlə doldurulmuş qızardılmış qaz, kartof və ya qırmızı kələmlə doldurulmuş donuz qoyurlar. Desertə qatı giləmeyvə kiseli və qovrulmuş badamla düyüdən hazırlanmış sıyıq olur. Qlyoq və pivə içirlər.
Nepal
Yeni il aprelin ortalarında qeyd edilir. Bu bayram isə Bisket Carta adlanır. Bayramda süfrədən çox səhnələşdirilmiş tamaşalar daha çox üstünlük təşkil edir. Bu günlərdə hindu və tibet mətbəxinin yeməkləri yeyilir. Ən populyar olan “dal bat” isə mərci, pomidor, soğan, zəncəfil, düyü və ədvalardan hazırlanır.
İtaliya

Bir çox Avropa ölkələrində ailəvi yeməklər Milada düşür, Yeni ili isə daha çox səs-küylü yığıncaqlarda qeyd edirlər. İtaliyada donuz ətindən olan kotekino adlanan kolbasa ev sahibələri tərəfindən hazırlanır. Süfrəyə isə uzun ömürlülük və ruzi rəmzi olan mərci ilə birgə verilir.
Meksika
Meksikalılar ədvalı və istiotlu yeməkləri sevirlər. İçkilərdən isə yüngül şərablara, punş və tekilaya üstünlük verirlər.
İngiltərə
İngilislərin masasında ənənvi yeməklərdən hindu quşu və desertə pudinq olur. Pudinqi çörək qırıqlarından, sala, kişmiş, yumurta və müxtəlif ədviyyatlardan hazırlayırlar, süfrəyə verməzdən öncə üzərinə rom əlavə edirlər.
Vyetnam
Vyetnamda Yeni il bayramı Tet adlanır. Bayram adətən yanvarın 20-dən fevralın 20-nə qədər olan müddət ərzində qeyd edilir. Bayram süfrəsinə düyü və ətdən hazırlanmış yeməklər düzülür.
Fransa
Fransız süfrəsi, təbii ki, dəniz məhsulları, fua-qra ilə buterbrod, pendir və əlbəttə ki, fransız şərabı olmadan qurula bilməz.
Yaponiya
Yaponlar şabalıdın işlərdə uğur gətirdiyinə inanırlar. Ona görə də onu müxtəlif yeməklərdə qarnir kimi əlavə edirlər. Bayram süfrəsində, həmçinin dəniz kələmi, noxud və kürü olur.
ABŞ
Bir çox qərb ölkələrində olduğu kimi, burada da ənənəvi yemək içi doldurulmuş hind quşudur. Amma burada hind quşunun içinə soyuducuda olan hər şey, çörək, pendir, sarımsaq, lobya, göbələk, alma, kələm doldurulur.
Çexiya
Yeni il süfrəsinin bəzəyi və ev sahibələrinin fəxri zərif almalı ştrudeldir. Onu dondurma, qaymaq və ya mürəbbə ilə verirlər. Masada qalan şeylər sadə, amma doyumlu olur, bura şorba, balıq, sıyıq daxildir.
Portuqaliya

Süfrədə üzüm mütləq olmalıdır. Belə ki, portuqaliyalılar onu bolluq və xoşbəxt ailə ocağının rəmzi hesab edirlər. Gecə saat 12-ni vurduqda onlar arzu tutaraq 12 üzüm dənəsi yeyirlər.
Polşa
Polşa ənənəsi Yeni il masasında 12 müxtəlif yeməyin olmasından ibarətdir - şorbalar, sıyıqlar, bişmələr və s. Süfrənin əsas bəzəyi isə balıqdır. Burada balıq ailə rifahının rəmzi hesab edilir.
Niderland
Hollandların əsas Yeni il yeməyi – üzərinə şəkər tozu səpilmiş ponçiklərdir. Bayram süfrəsini bəzəyən başqa milli holland yeməyi isə duzlanmış paxladır.
S.S.
www.oxu.az