Çox sevilən cizgi filmi qəhrəmanı Şrek, sən demə, gerçək imiş.
Oxu.Az ingilis mətbuatına istinadla xəbər verir ki, kobud xarici görünüşə malik olan Maurice Tillet adlı kişi 1903-də Fransada doğulub. O, 14 dildə danışa bilirmiş. Həm də yaxşı şair imiş.
20 yaşlarında keçirdiyi nadir xəstəlik səbəbindən sümük quruluşu hədsiz böyümüş və görünüşündə ciddi dəyişikliklər olmuşdur.
Buna görə insanlar tərəfindən tez-tez təhqir edilən Tillet Amerikaya yerləşmiş və “Fransız mələyi” (“The Rench Angel”) ləqəbi ilə professional güləşçi olmuşdur. O, həm də “Rinqlərin qorxunc divi” adı ilə tanınırmış (“Freak Ogre of the Ring”).
Daha sonrakı dövrlərdə iş adamı Patrick Kellinin də aralarında olduğu bir çox insanın onunla dostluq etmək istəklərinə baxmayaraq, o, kənara çəkilmişdir.
İngilis mətbuatında Şrekin prototipinin məhz bu insana uyğun yaradıldığı yazılır.
Aytən Sadıqzadə
www.oxu.az