Qaradağ rayonunda avtomobil yolununun üzərində salınmış dəmiryol körpüsü sürücülərə maneə yaradır.
Oxu.Az-ın redaksiyasına oxucu tərəfindən göndərilən fotolarda Puta qəsəbəsindən Qızıldaş qəsəbəsi istiqamətinə gedən avtomobil yolunun üzərində yerləşən dəmiryol körpüsünün armaturlarının körpüdən ayrılaraq yola doğru əyilməsi görünür. Bu da yoldan keçən yük avtomobillərinin həmin armaturlara ilişməsinə gətirib çıxarır.
Bundan əlavə körpünün üzərində yaranmış çatlar da onun təhlükəli vəziyyətdə olmasını göstərir.
Oxucunun verdiyi məlumata görə, körpünün bu vəziyyətdə olmasına səbəb hündür yük avtomobillərinin dəfələrlə körpüyə dəyərək ona zərər yetirməsidir.
İ.N.