Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Roma İmperiyasının süqutunun gözlənilməz səbəbi: Avropadakı insanlar qəfildən axmaqlaşıblar
Roma İmperiyasının süqutunun heyrətamiz səbəbi açıqlanıb. Məlum olub ki, buna səbəb Avropadakı insanların qəfildən axmaqlaşması olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilmiş tədqiqatda qeyd edilib.
Bildirilir ki, Qədim Romada toksik qurğuşun havada o qədər geniş yayılıb ki, orta statistik insanın IQ səviyyəsi 2.5-3 punkt aşağı düşə bilərdi.
Alimlər bildiriblər ki, qurğuşun, insan sağlamlığı üçün təhlükəli olan güclü neyrotoksindir. Qanda qurğuşun öyrənmə çətinliklərinə, reproduktiv problemlərə, psixi sağlamlıq problemlərinə səbəb olur və eşitmə itkisi riskini artırır.
Tədqiqatçılar Qrenlandiyadan götürülmüş buz nümunələrində aşkar edilmiş qurğuşunun qədim Romadakı gümüşəridici sobalarla əlaqəsini müəyyən ediblər.
Belə ki, sobadakı prosesdə qurğuşun atmosferdəki toz hissəciklərinə yapışıb. Bu hissəciklərin kiçik bir hissəsi külək vasitəsilə Qrenlandiyaya keçib və oraya çöküb.
Elm adamları onlardan gələn çirklənmənin Avropanın böyük hissəsinə təsir edə biləcəyini müəyyən ediblər.
Müəyyən olunub ki, İberiyada (müasir İspaniya) gümüş mədənlərinə ən yaxın yaşayan insanların qanında daha çox qurğuşun olub.
Lakin əldə edilən nəticələr qurğuşunun Qədim Roma sakinlərinin sağlamlığına təsirinin bütün miqyasını əks etdirmir, çünki romalılar qurğuşuna digər mənbələrdən də - qurğuşun qablarda şirinləşdirilmiş şərab, qurğuşun santexnika və qurğuşun içki qədəhləri vasitəsilə məruz qalırdılar.