Rusiya Prezidenti Vladimir Putinin Qırğızıstan səfəri zamanı maraqlı anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası ərəfəsində "Ala-Arça" dövlət iqamətgahında dövlət başçıları üçün qısa mədəni proqram təşkil olunub.
Prezidentlərə çadırın içərisi göstərilib. Bu zaman Rusiya prezidenti Qırğızıstanın milli musiqi aləti olan komuzda ifa etməyə çalışıb.