Bakı-Quba yolunda bu gün baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan Rusiya vətəndaşlarından biri ölüb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən 1974-cü il təvəllüdlü Esmira Abdullayeva orada dünyasını dəyişib.
16:01
Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib.
Avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İbrahim İbrahimov, Rusiya vətəndaşları - 1994-cü il təvəllüdlü Sədulla Maqomedov, 1972-ci il təvəllüdlü Sayadxanım Aşurbekova və 1974-cü il təvəllüdlü Esmira Abdullayeva xəsarət alıb.
Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar aparılır.
E.Ə.
www.oxu.az