Sabirabad rayonunda baş verən ağır qəzada ata və oğul ölüb.
Qəza nəticəsində sürücü, Saatlı rayonu Mircəlal kənd sakini 1958-ci il təvəllüdlü Astanov Həsənxan Hüseynxan oğlu və onun oğlu 1989-cu il təvəllüdlü Astanov Dəyanət hadisə yerində ölüblər.
© APA
20.06.2017 (23:52)
Hacıqabul-Bəhramtəpə magistralının Sabirabad rayonun Nizami kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnə yol nəqliyyat hadisəsi baş verib.
Saatlı rayonunun Mircəlal kənd sakinin idarə etdiyi, “VAZ 2106” markalı 52 BB692 dövlət nömrə nişanlı minik avtomobili ilə Qazax rayon sakini, Aqil Nuriyevin idarə etdiyi “Shachman” markalı 99 ZB 573 dövlət nömrə nişanlı yük avtomobili toqquşub.
Nəticədə “VAZ 2106” markalı avtomobildə olan iki nəfər dünyasını dəyişib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan şəhər Yanğından Mühafizə Xidmətinin xilasediciləri cəlb edilib. Onlar xüsusi avadanlıqlar vasitəsilə avtomobildə sıxılıb qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır. Ölənlərin adları və hadisənin təfərrüatları müəyyənləşdirilir.
© APA
22:44
Hacıqabul-Bəhramtəpə magistral yolunun Sabirabad rayonu Nizami kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, “VAZ 2106” markalı minik avtomobili ilə “Shachman” yük avtomobili toqquşub.
Nəticədə “VAZ 2106”də olan iki nəfər dünyasını dəyişib. Ölənlərin adları və hadisənin təfərrüatları müəyyənləşdirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.
S.B.
www.oxu.az