Şəkidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib.
Oğuz rayonu Bayan kənd sakini, 1974-cü il təvəllüdlü Şövkət Bəhərçin oğlu Qarayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Oğuz şəhər sakini 1969-cu il təvəllüdlü Bəhruz Ərzuman oğlu Rüstəmovun idarə etdiyi “Ford” markalı yük maşını toqquşub.
Qəzadan sonra “Mercedes” markalı avtomobilin sürücüsü Ş. Qarayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
E.Ə.
www.oxu.az