Bu gün Siyəzən rayonu ərazisində “OKA“ markalı minik avtomobili işıq dirəyinə çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sıxılmış vəziyyətdə qalmış sürücü 1958-ci il təvəllüdlü İlyasov Hamlet Abusəlim oğlunun cəsədini və müxtəlif bədən xəsarətləri almış sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
A.M.