ABŞ Milli okean və atmosfer tədqiqatlar idarəsinin (NOAA) mütəxəssisləri təyyarədə “İrma” qasırğasından keçiblər.
Oxu.Az-ın xəbərinə görə, uçuşun görüntüləri Twitter sosial şəbəkəsində NOAA Hurricane Hunters hesabında paylaşılıb.
Alimlər qeyd ediblər ki, uçuşun məqsədi təbii fəlakəti ən yaxın məsafədən izləmək olub.
“İrma” avqustun sonlarında ABŞ-ın cənub-şərq sahillərində tüğyan edən “Harvi” qasırğasından da güclüdür. Son məlumata görə, “Harvi” qasırğası zamanı 60 nəfər ölüb. Texas ştatının hakimiyyəti ziyanı 150-180 milyard dollar dəyərində qiymətləndirib. “İrma” isə Atlantik okeanda son on il ərzində ən güclü qasırğa adlandırılıb. Təbii fəlakət nəticəsində artıq on nəfər ölüb.
S.B.
www.oxu.az