Tovuz rayonunda polis əməkdaşı qəzaya düşüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndi ərazisində baş verib.
Belə ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı Azər Dostuyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Əli Tağıyevin idarə etdiyi avtomobillə toqquşub.
Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
17:43
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın Trend-ə istinadla məlumatına görə, rayon ərazisində hərəkətdə olan iki "Mercedes" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri Azər Dostuyev və Əli Tağıyev ağır xəsarətlərlə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata əsasən, "Mercedes" markalı" avtomobillərdən birinin sürücüsü Azər Dostuyev Tovuz rayon Prokurorluğunun əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az