Xəbər verdiyimiz kimi, Pirazova Tamilla Piraz qızı redaksiyamıza zəng edərək, müğənni Nazənin Salayevanın keçmiş gəlini olduğunu, illər əvvəl ifaçının oğlu Salayev Fəxridən qeyri-rəsmi nikahla Aylin adlı qız övladı dünyaya gətirdiyini, hazırda həmin uşağın 4 yaşında olduğunu, Nazənin Salayeva ilə Fəxri Salayevin uşaqla maraqlanmadığını və ona aliment ödmədiyini iddia edib.
Oxu.Az bununla bağlı Salayev Fəxri Qasım oğlunun vəkili Gülnar Nəzərli ilə əlaqə saxlayıb.
Vəkil sözügedən məsələ ilə bağlı açıqlamasında bunları deyib: “Mən o xanımı məhkəmədə görməmişəm. Tamilla xanım bildirir ki, Nazənin xanımın gəlini olub. Məni ictimaiyyət arasında tanıyanlar bilir ki, həmişə xanımların hüquqlarını müdafiə edirəm. Amma bu halda, Tamilla xanımın fikirləri ilə razı deyiləm. Əgər onun gəlini olubsa, Nazənin xanımın ona elçi gedən, xeyir-dua verən, xına, toy mərasimində iştirak edən zamanı əks etdirən foto və məlumatları məhkəməyə təqdim etsin və desin ki, mən, doğrudan da, Nazənin xanımın gəlini olmuşam, indi isə belə alınıb. Biz məhkəmədə sübuta yetirdik ki, bu, yanlış məlumatdır.
Məndə olan məlumata görə, həmin xanım Salayev Fəxridən yaşca böyükdür. Hamilə olanda Salayev Fəxriyə deyib ki, bu uşağın sənə heç bir aidiyyəti yoxdur. Mən bu uşağı özüm üçün, ana olmaq çün dünayaya gətirirəm və mənim gələcəkdə sənə qarşı heç bir tələbim olmayacaq. F.Salayev ona bildirəndə ki, “Bizim nikahımız yoxdur, evliliyimiz olmayacaq, biz ayrı-ayrı insanlarıq, bizə xeyir-dua verilməyib, uşağı peşman etməyək, belə bir şey varsa, tədbir gör”, xanım dönə-dönə bildirib ki, bu uşaq səndən deyil və sənə qarşı heç bir tələbim yoxdur. Amma illər sonra məhkəməyə müraciət edib. Məhkəmədə DNT testi vasitəsilə uşağın atasının kimliyinin müəyyənləşdirilməsi tələb olunub və uşağın atasının Fəxri olması məlum olub. Bundan sonra o, aliment tələb edib.
Bu gün Pirazova Tamilla Piraz qızı kimi, Salayev Fəxri Qasım oğlunun da öz hüquqlarını müdafiəsi məqsədilə məhkməyə müraciət etməsi onun təbii və konstitusion hüququdur. Salayev Fəxri, doğrudan da, alimentin miqdarının azadılması ilə bağlı məhkəməyə müraciət edib. Çünki indi o, rəsmi və el adəti ilə nikaha daxil olmuş ailə başçısıdır. O, Azərbaycan Respublikasının vətəndaşıdır və hal-hazırda işsizdir. Salayev Fəxrinin hazırda rəsmi nikahla doğulan bir övladı və həmin nikahdan yolunu gözlədiyi ikinci körpəsi var. Eyni zamanda, Aylin də var. Deməli, o, işsiz halda üç - ikisi nikahdan, biri isə aldadılma yolu ilə dünyaya gətirilmiş körpəyə sahibdir. O, cinayət törətməlidir? Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, hər bir vətəndaşın alimentin miqdarının azaldıma, çoxaldılma, ləğvi, dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə Salayev Fəxrinin iddiasını təmin edə və etməyə bilər.
Tamilla xanım söyləyir ki, uşaq xəstə, gücsüzdür, onun alimenti ödənilməlidir, Nazənin xanım aliment ödəmir. Nazənin xanım iki uşaq anasıdır. O uşaq Salayev Fəxrinin övladıdır. Bunu Nazənin xanımın adına “yapışdırmaq” lazım deyil. Nazənin xanım öz valideyn vəzifəsini zamanında yerinə yetirib. Bu, Salayev Fəxrini hüququdur.
İnidyədək ona aliment ödənilib, son iki aydır məhkəmədə mübahisə gedir. Hansı qərar çıxacaqsa, o da hər iki tərəf üçün məcburi olacaq”.
16.03
Tanınmış müğənni Nazənin Salayevanın keçmiş gəlini Pirazova Tamilla Piraz qızı ifaçının oğlu Fəxri Salayevin 4 yaşlı övladına aliment ödəmədiyini iddia edib.
T.Pirazova Oxu.Az-la əlaqə saxlayaraq, bunları deyib: “Nazənin xanımın oğlu Fəxri Salayevin məndən əvvəl Aygün adlı həyat yoldaşı var idi. Mən onun ikinci həyat yoldaşı olmuşam. Biz qeyri-rəsmi nikahda yaşamışıq. Onlar təkid edirdilər ki, rəsmi nikah olmasın, əvvəlki xanımının bununla bağlı problemlər yarada biləcəyini deyirdilər. 7-8 ay Fəxri ilə birgə yaşadıqdan sonra ayrıldıq. Onlar qızımın doğulmasını istəmirdilər. Fəxri qızına baş çəkməyə gələndə, uşaq iki yaşında idi. Sonra o, növbəti dəfə evləndi və ümumiyyətlə, uşaqla maraqlanmadı”.
Tamilla xanım məhkəmənin qərarı ilə uşağa ayrılan alimentin ödənilməməsindən şikayətlənib: “Qanunla nəzərdə tutulmuş minimal aliment 137 manatdır. Onlar məhkəməyə müraciət edərək, alimentin azaldılmasını tələb etmişdilər və 103 manat ödəyirdilər. Mən 3 ay əvvəl məhkəməyə müraciət edərək, alimentin artırılmasını tələb etdim və məhkəmə mənim xeyrimə qərar çıxardı. Artıq onlar 3 aydır aliment ödəmirlər. Alimentin miqdarının azaldılması ilə bağlı yenidən məhkəməyə müraciət ediblər. Lakin mən işləmirəm, heç yerdən köməyim yoxdur. Hər dəfə məhkəmə proseslərində vəkillərə ödəməyə pulum da yoxdur.
Qızımın 4 yaşı var. Ancaq cılız və zəif olduğundan öz yaşıdlarından çox geri qalır. Mən onun ərzaq, geyim, dərman, həkim xərclərini belə ödəyə bilmirəm. Lakin Nazənin xanımla oğlundan bu barədə heç nə tələb etmirəm. Sadəcə, haqqım çatan alimenti ödəsinlər, kifayətdir”.
Aytən Sadıqzadə
www.oxu.az