Yaponlar gələn ilin mart ayında 5G rabitə şəbəkəsini sınaqdan keçirməyi planlaşdırırlar.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, 2020-ci ilə qədər onlar bu şəbəkəni kommersiya məqsədilə istifadəyə verməyi planlaşdırırlar.
5G şəbəkəsinin sınaqlarını müştərək olaraq “Ericsson” və KDDI kimi iki Yaponiya şirkəti həyata keçirəcək. 4,5GHs tezliyində baş tutacaq bu sınaqlar pilot layihə olacaq və 2020-ci ildə tam olaraq kommersiya fəaliyyətinə keçirilməlidir.
Xatırladaq ki, bu gün dünyanın heç bir yerində 5G internet mövcud deyil. Yaxın 2-3 il ərzində Cənubi Koreya, Yaponiya və Amerika Birləşmiş Ştatlarının iri provayder və telekommunikasiya şirkətləri beşinci nəsil şəbəkənin işə salınmasını planlaşdırırlar.
L.Ə.