Amerikalı elm adamları Qərbi Afrika ölkəsi Namibyanın çöllük ərazisində yeni bir məməli növü kəşf edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, kəşf olunan məməli uzun burnu və siçana bənzəyən görünüşü ilə diqqət çəkir.
Elmi adı “macroscelides micus” olan canlının genetik olaraq fil nəslindən gəldiyi açıqlanıb.
Bu səbəblə elm adamları yeni məməlini “fil siçanı” olaraq adlandırıblar.
Qeyd edək ki, kəşf edilən canlının 28 qram ağırlığında və 19 santimetr uzunluğunda olduğu müəyyən olunub.