Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda gözlənilən dumanlı və çiskinli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, sürücülər havanın dumanlı və çiskinli olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməli, yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalı, sürət həddi minimuma enməli, ara məsafəsi normadan artıq saxlanmalıdır.
V.Əsədov bildirib ki, bütün avtomobillər qış rejiminə hazır olmalıdır:
“Sürücülərə tövsiyə edirik ki, avtomobillərini mövsümi təkərlərlə təmin etsinlər, qışa tam hazırlıqlı olsunlar”.
Azər Məmmədov
www.oxu.az