Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov solo konsertə hazırlaşır.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, konsert mart-aprel aylarında reallaşacaq:
“Biz çoxdandır ki, bu layihə üzərində işləyirik. Bütün ili Avropa ölkələrinə gedirik, silsilə konsertlər veririk. Amma Bakıda da pərəstişkarlarımız var. Onları da unutmamalıyıq. Bu konsertlər də onlar üçündür. Düzdür, hələ konsertin vaxtı və günü təyin olunmayıb. Mart ayının ilk günlərində konsertin vaxtı bəlli olacaq”.
A.Qasımovun yenilikləri bunlarla yekunlaşmır. Qasımovların, həmçinin Avropa səfərləri də gözlənilir:
“Bizə Avropa ölkələrindən dəvətlər gəlib. Mart ayında Fərqanə Qasımova Avropa ölkələrinin bir neçəsində konsert verəcək. Aprel ayında isə biz ata-bala Avropaya yenidən gedəcəyik. Orada 10 günlük konsert proqramı ilə çıxış edəcəyik”.