Bakı Bələdiyyə Teatrının aktyoru Tural Ağayev polşalı rejissor Kşiştov Zanussinin “Enter” adlı filmində rol alıb.
Oxu.Az xəbər verir ki, aktyor bu haqda sosial şəbəkədə məlumat verib.
T.Ağayev buna görə çox sevincli olduğunu və Xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın Əməkdar elm və mədəniyyət xadimi Amaliya Pənahovaya təşəkkürünü bildirib.
A.S.
www.oxu.az