Noyabrın 1-də, saat 11:00-da metronun “Nəriman Nərimanov” stansiyasının keçidlərində növbəti sərgi baş tutub.
Oxu.Az xəbər verir ki, “Metro Gallery” layihəsi çərçivəsində baş tutan növbəti sərgi “Köhnə Bakı” adlanır. Adından da göründüyü kimi, sərgidə paytaxtımızın köhnə görüntülərinin əks olunduğu fotoşəkillər nümayiş olunur. Bakı metrosundan istifadə edən sərnişinlər tarixə ekskursiya edərək, köhnə Bakını xatirələrdə canlandıra biləcəklər.
Ehtiram Jabi
www.oxu.az