Azərbaycanda yapon mədəniyyətinin tanıdımı məqsədilə 27-29 yanvar tarixləri arasında Bakı Yapon Filmləri Festivalı keçiriləcək.
Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, festival çərçivəsində 5 filmin nümayişi planlaşdırılır. Bunlar “Sən yaxşı uşaqsan”, “Məktub”, “Çevrəmizdəkilər”, “Pekorosun anası ilə görüş”, “Kaitan şəhərinin əhvalatları” filmləridir.
“Adı çəkilən tədbir Azərbaycan xalqına Yaponiya mədəniyyəti və yaponların düşünmə tərzini daha dərindən tanıtmaq üçün gözəl fürsət yaradacaq və iki millət arasında daha yaxşı qarşılıqlı anlaşmanın qurulmasını təmin edəcək”, - deyə səfirlikdən bildirilib.
Filmlər Azərbaycan dilində alt yazı ilə təqdim olunacaq.
A.S.
www.oxu.az