Avqustun 2-si premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”da Milli Kino Günü qeyd olunacaq.
Oxu.Az xəbər verir ki, həmin gün “CinemaPlus 28 Mall” (Bakı şəhəri) və “CinemaPlus Khamsa”da (Gəncə şəhəri) 1945-ci ildə Üzeyir Hacıbəyovun operettası əsasında çəkilən və baş rolda Rəşid Behbudovoun yer aldığı restavrasiya olunmuş “Arşın mal alan” filmi göstəriləcək.
“CinemaPlus 28 Mall”da biletlərin qiyməti 3 manat, “CinemaPlus Khamsa”də isə 2 manat təşkil edəcək.
A.S.
www.oxu.az