"Hələ də anamın öldüyünə inana bilmirəm, elə bilirəm ki, evdədir və məni gözləyir".
Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Əminə Yusifqızının qızı Səminə Əliyeva deyib.
O bildirib ki, Əminə xanım ana olaraq əvəzolunmaz insan idi:
"Anam son üç ayı ağır xəstə idi, yaşasaydı 90 yaşı olacaqdı. Mənim üçün əvəzolunmaz sənətkar və ana idi. Çox gözəl insan olub, çox gözəl ana olub, dost, bacı olub. Hələ də anamın öldüyünə inana bilmirəm. Elə bilirəm ki, hələ də evdədir və məni gözləyir, yanına gedəcəyəm.
Xalqımız tərəfindən də heç vaxt unudulmayacaq və hər zaman yaddaşlarda yaşayacaq".
Aygün Mirakif