Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.
Oxu.Az xəbər verir ki, yanvarın 19-dan 25-dək olan siyahıda paytaxtda keçiriləcək bir çox tamaşalar, konsertlər yer alıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bu həftə yeddi tamaşa oynanılacaq.
Yanvarın 20-də, saat 19:00-da İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tamaşası olacaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Biletlərin qiyməti 8-15 manatdır.

Yanvarın 22-də, saat 19:00-da "Bayquş gəldi, yaxud bir az məhəbbətdən danışaq" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Biletlərin qiyməti 15-30 manatdır.

Yanvarın 22-də, saat 19:00-da Vilyam Şekspirin "Ledi Maqbet" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.
Biletlərin qiyməti 10-25 manatdır.

Yanvarın 24-də, saat 12:00 və 14:00-da, yanvarın 31-də, saat 11:00 və 13:00-da Madam Leprens de Bomonun "Gözəl və Bədheybət" tamaşası oynanılacaq.
Tamaşanın səhnələşdirmə müəllifi və quruluşçu rejissoru Anar Məmmədovdur.
Biletlərin qiyməti 8 manatdır.

Yanvarın 24-də, saat 19:00-da Anarın "Dantenin yubileyi" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərovdur.
Biletlərin qiyməti 8-15 manatdır.

Yanvarın 25-də, saat 12:00-da Cəlil Məmmədquluzadənin "Anamın kitabı" tragikomediyası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəmovdur.
Biletlərin qiyməti 8 manatdır.

Yanvarın 25-də, saat 19:00-da Xalq yazıçısı Elçinin "Baş" fəlsəfi romanı əsasında eyniadlı tarixi metafizik dramı oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti 10-25 manatdır.

Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində isə bu həftə beş tamaşa oynanılacaq.
Yanvarın 23-də, saat 19:00-da Tamara Vəliyevanın "Cəza" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti 10 manatdır.

Yanvarın 24-də, saat 12:00-da Panço Pançevin "Dörd əkizin nağılı" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğludur.
Biletlərin qiyməti 8-12 manatdır.

Yanvarın 24-də, saat 19:00-da Cəfər Cabbarlının "Solğun Çiçəklər" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadədir.
Biletlərin qiyməti 10 manatdır.

Yanvarın 25-də, saat 12:00-da S.S.Axundov və A.Şaiqin "Qaraca qız" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti 8-12 manatdır.

Yanvarın 25-də, saat 19:00-da Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti 10-15 manatdır.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
Yanvarın 20-də, saat 19:00-da Samir Qulamovun eyniadlı pyesi əsasında "Bir nəfəs qədər" tamaşası oynanılacaq.
Biletlərin qiyməti 8-15 manatdır.

Yanvarın 22-də, saat 10:30-da Ə.Əlizadə, R.Sef, Т.Каrelinanın "İki küpəgirən qarı" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyevdir.
Biletlərin qiyməti 7 manatdır.

Yanvarın 23-də, saat 19:00-da Yuli Qusmanın eyniadlı filmi əsasında "Qorxma, mən səninləyəm" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir.
Biletlərin qiyməti 8-15 manatdır.

Yanvarın 24-də, saat 19:00-da Xalq yazıçısı Anarın "Adamın adamı" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.
Biletlərin qiyməti 8-15 manatdır.

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
Yanvarın 24-də, saat 19:00-da dramaturq Toyğun Orbayın "21:15 qatarı" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti 5-15 manatdır.

Yanvarın 25-də, saat 19:00-da "Asılqan" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti 5-15 manatdır.

Heydər Əliyev Sarayında:
Yanvarın 24-də, saat 20:00-da Mustafa Cecelinin konserti.
Biletlərin qiyməti 35-190 manatdır.

Əzizə İsmayılova