Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftədə paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Oxu.Az oktyabrın 13-dən 18-dək olan müddətdə planlaşdırılan mədəniyyət tədbirlərindən bəzilərinin afişasını təqdim edir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
Oktyabrın 15-də saat 19:00-da Vilyam Şekspirin "Ledi Maqbet" tamaşası olacaq.
Quruluşçu rejissor Əməkdar artist Nicat Kazımovdur.
Biletlərin qiyməti 10-25 manatdır.

Oktyabrın 16-da saat 19:00-da Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı "Ölülər" tamaşası səhnələşdiriləcək.
Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.
Biletlərin qiyməti 10-20 manatdır.

Oktyabrın 17-də saat 19:00-da Cəfər Cabbarlının "Aydın" tamaşası olacaq.
Quruluşçu rejissor Xalq artisti Firudin Məhərrəmovdur.
Biletlərin qiyməti 10-25 manatdır.

Oktyabrın 18-də saat 19:00-da Əli Əmirlinin "Varlı qadın" tamaşası nümayiş etdiriləcək.
Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Biletlərin qiyməti 10-25 manatdır.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı:
Oktyabrın 17-də saat 19:00-da "Tanrıya on dörd məktub" tamaşası olacaq.
Dram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.
İki hissəli tamaşada I hissə - 1 saat, II hissə - 55 dəqiqə davam edəcək.
Biletlərin qiyməti: 8-10 manat.

Oktyabrın 18-də saat 19:00-da Mehriban Ələkbərzadənin "Kod adı: VXA" tarixi-sənədli dram əsəri təqdim ediləcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti 10-15 manatdır.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı:
Oktyabrın 16-da saat 19:00-da Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Mesenat" tamaşası olacaq.
Quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.
Biletlərin qiyməti: 10-20 manat.

Oktyabrın 17-də saat 19:00-da Əmir Pəhləvanın "Sevənlərindir dünya" tamaşası nümayiş olunacaq.
Quruluşçu rejissor Elməddin Dadaşovdur.
Biletlərin qiyməti: 8 manat.

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
Oktyabrın 17-də saat 19:00-da "Asılqan" tamaşası nümayiş etdiriləcək.
Tamaşanın quruluşçu rejissoru Abdul Qənidir.
Biletlərin qiyməti 10-15 manatdır.

Oktyabrın 18-də saat 19:00-da dramaturq Toyğun Orbayın "21:15 qatarı" tamaşası nümayiş etdiriləcək.
Quruluşçu rejissor Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti: 5-15 manat.

Heydər Əliyev Sarayı:
Oktyabrın 15-də saat 20:00-da Nuri & Jane - "Dilim Susar" - konsert proqramı.
Biletlərin qiyməti: 35-185 manat.

Oktyabrın 17-də saat 20:00-da Ferhat Göçerin konsert proqramı.
Biletlərin qiyməti: 45-195 manat.

Oktyabrın 18-də saat 19:00-da "Ludoviko Einaudi gecəsi" | "Tynda Music" tərəfindən kamera orkestrinin ifasında musiqi şousu.
Biletlərin qiyməti: 30-100 manat.