İranlı aktrisa Təranə Əlidusti ABŞ prezidenti Donald Trampın viza məsələləri ilə bağlı qərarına etiraz olaraq, “Oskar” mərasimini boykot edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Trampın 7 islam ölkəsinə viza verilməsini qadağan edən miqrasiya siyasətinə etirazını bildirib. 33 yaşlı iranlı aktrisa Trampın viza qərarını irqçilik adlandırıb.
“Bu qərarın mədəniyyət tədbirlərinə aidiyyəti olsa da, olmasa da, mən etiraz əlaməti olaraq, 2017-ci il “Oskar” mərasiminə qatılmayacağam”, - deyə Təranə öz “Twitter” hesabında yazıb.
Aktrisanın baş rolunu oynadığı “Satıcı” (“The Salesman”) filmi “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar”a namizəd göstərilib.
Qeyd edək ki, “Oskar” mükafatları fevralın 26-sı Los-Ancelesdə təqdim olunacaq.
A.S.
www.oxu.az