Məşhur italyan yazıçı, dramaturq, rejissor, aktyor, rəssam, görkəmli mədəniyyət xadimi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Dario Fo vəfat edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu ilin mart ayında D.Fo 90 illik yubileyini yeni tamaşa ilə qeyd etmişdi.
İtaliya baş naziri Matteo Rentsi bildirib ki, D.Fonun vəfat etməsi ilə ölkə mədəni həyatının böyük fiqurunu itirib.
A.S.
www.oxu.az