“Oskar” təşkilatçıları bu ilki mərasim üçün aparıcıların siyahısını paylaşıblar.
Bu barədə “Bazaar” xəbər yayıb.
Bildirilir ki, möhtəşəm tədbiri bu il bir deyil, biri-birindən məşhur 15 nəfər aparacaq. Akademiyanın rəsmi “Instagram” hesabında Bred Pitt, Rene Zellveger, Riz Uizerpsun, Lora Dern, Helli Berri, Harrison Ford, Zendaya və Pon Cun Honun mükafatları təqdim edəcəyi və tamaşaçı ilə ünsiyyət quracağını bildirən video yayımlanıb.
Посмотреть эту публикацию в InstagramMərasimin özü aprelin 25-nə təyin edilib. Tədbir fiziki formatda, lakin qonaqların və iştirakçıların təhlükəsizliyini təmin etmək üçün eyni vaxtda bir neçə lokasiyada keçiriləcək.
Adətən “Oskar” mükafat təqdimetmə mərasimi fevral ayında baş tutur, lakin bu il koronavirus pandemiyası səbəbindən tədbirin təxirə salınmasına qərar verildi.
Mövzuya aid xəbərlər
Digər xəbərlər