Qubadakı Heydər Əliyev parkında 2-ci ildir ki, Alma almasının bayramı keçirilir.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Rayon İH başçısının müavini Afət Həsənovanın verdiyi məlumata görə, Qubada möhtəşəm “alma bayramı”nda 100-dən çox xarici ölkə nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Qubada “alma bayramı” bu il oktyabrın 19-da şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq. Mərasimə rəsmi nümayəndələr, ziyalılar, ölkəmizdən kənarda yaşayan qubalı iş adamları, görkəmli mədəniyyət xadimləri və 100-dən çox xarici ölkə nümayəndələri dəvət olunub.