Bakıda Beynəlxalq Caz Festivalının təntənəli açılış mərasimi oktyabrın 20-də olacaq.
Oxu.Az AZƏRTAC-a istinadən məlumat verir ki, oktyabrın 28-dək davam edəcək festivalda xarici və yerli caz ustaları iştirak edəcəklər.
Festivalın birinci günündə qvineyalı musiqi, virtuoz kora ( 21 simli Afrika arfası) ifaçısı, “Ba Sissoko” kollektivi ilə əməkdaşlıq etməsi ilə tanınan Seku Kuyatenin çıxışı gözlənilir. Konsert saat 19:00-da “Elektra Events Hall” klubunda olacaq.
Caz festivalının açılışı çərçivəsində istedadlı gənc rəssam Bəhruz Kəngərlinin əsərlərindən ibarət sərgi açılacaq. Festivalın birinci gününün sonunda cem-seyşn təşkil ediləcək.
A.S.
www.oxu.az