Türkiyənin ən baxımlı filmlərindən olan və ölkəmizdə də çoxdan gözlənilən “Recep İvedik – 5” komediyası 4 maydan “Park Cinema” kinoteatrlar şəbəkəsində yayımlanacaq.
Oxu.Az xəbər verir ki, “Metropark”, “Park Bulvar”, “Flame Towers,” Zaqulba və Masallıda yayımı nəzərdə tutulan filmə artıq öncədən bilet satışına da start verilib.
Filmin məzmunu: Recep İvedik məhəllə sakinlərindən olan İsmetin ailəsinə başsağlığı vermək üçün gedəndə arvadının əziyyət çəkdiyini görür və ona kömək etmək istəyir. Sürücü İsmetin axırıncı vəzifəsini yerinə yetirmək üçün Nurullah ilə birgə yola düşür. Bu yolçuluğun qısa olmasını güman edən Recep, cavan idmançılardan ibarət Milli Klubu xaricdəki bir idman təşkilatına apardığını başa düşəndə, artıq hər şey üçün gec olur.
İdman təşkilatında iştirak edən klubun başına bədbəxt hadisə gəlir, işlər bir-birinə qarışır və Recep bu işin öhdəsindən gəlmək istəyir. Qazanmaqdan başqa çarəsi olmadığına inanan Recep, hadisələri öz üsulları ilə həll etmək istəyəndə bir-birindən gülməli vəziyyətlər baş verir.
Şahan Gökbakarın yaratdığı Recep İvedik obrazının beşinci məcarası yenə bir-birindən əyləncəli hadisələrlə dolu, oxşarı olmayan komedya kimi tamaşaçılara təqdim edilir.
A.S.
www.oxu.az