Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şuşada “Muğam aləmi” 6-сı Beynəlxalq Musiqi Festivalının konsert proqramı olub - FOTO
İyunun 23-də “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif konsert proqramları ilə davam edib.
Şuşanın müxtəlif məkanlarından, mədəni və qədim tarixi abidələrinin yerləşdiyi ərazilərdən muğam sədaları eşidilib. Eyni vaxtda Şuşadakı Yaradıcılıq Mərkəzinin və Xurşidbanu Natəvanın evinin qarşısında, həmçinin Bülbülün ev muzeyində, eləcə də “Qarabağ” otelinin qarşısındakı parkda konsert proqramları təqdim olunub.
Festival çərçivəsində ilk konsert Şuşadakı Yaradıcılıq Mərkəzində təşkil olunub. Konsert proqramında tanınmış müğənnilər Nəzakət Teymurova “Bayatı-Şiraz”, Firuz Səxavət “Mahur-Hindi”, Cabir Abdullayev “Zabul-Segah” dəstgahlarını, Nuriyyə Hüseynova “Çahargah” kompozisiyasını ifa ediblər.
Növbəti konsert proqramı Xurşidbanu Natəvanın evinin qarşısında keçirilib. Proqramda İlkin Əhmədov, Gülyaz Məmmədova, Almaz Orucova, Gülüstan Əliyeva çıxış ediblər.
Daha sonra Bülbülün ev muzeyində və “Qarabağ” otelinin qarşısındakı parkda konsert proqramı təşkil olunub. Proqramda tanınmış ifaçılar Gülyanaq Məmmədova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Simarə İmanova, Qəzənfər Abbadov, Mütəllim Dəmirov, Gülnar Qüdrətli “Xudayar” təsnifi, “Bayatı-Şiraz”, “Segah”, “Mahur” və digər muğam və təsniflərimizi, xalq mahnılarımızı təqdim ediblər.
Festival iştirakçıları, həmçinin digər ölkələrdən gəlmiş qonaqlar Şuşa şəhərində tarixi-mədəni abidələrimizlə tanış olublar. Qonaqlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb.
İyunun 18-dən başlayan 6-cı Beynəlxalq Musiqi Festivalı iyunun 25-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə başa çatacaq.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
- Milli Dirçəliş Günü - Azərbaycan tarixinin qürur səhifəsi
- COP29 çərçivəsində "Silk Way Alat Free Economic Zone" şirkəti və ICAO arasında razılaşma imzalanıb
- COP29-da iştirak edən nümayəndə heyətlərinin şərəfinə Heydər Əliyev Mərkəzində ziyafət verilib
- "Silk Way Group" COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib
Rəylər