Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri davam edir.
Oxu.Az-ın Düşənbəyə ezam olunan müxbiri xəbər verir ki, bu gün Tacikistan Milli Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılış mərasimi baş tutub.
Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Tacikistan Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xatırladaq ki, 2024-cü il mayın 23-də Bakıda Prezidentlər İlham Əliyev və Emoməli Rəhmon tərəfindən "Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb.
Azərbaycanda ilk dəfə Tacikistan Mədəniyyət Günləri 2007-ci ildə, Tacikistanda ilk dəfə Azərbaycan Mədəniyyət Günləri isə 2008-ci ildə keçirilib.
Əzizə İsmayılova