Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyevanın ayağı amputasiya edilib.
Bu barədə məlumatı aparıcı Hacı Nuran Hüseynov öz “Instagram” profilində paylaşıb.
O, 74 yaşlı rejissorun fotolarını paylaşaraq, uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkdiyini və ağrıları olduğu üçün ayağının amputasiya edildiyini deyib.
Qeyd edək ki, Prezident təqaüdçüsü Gülçöhrə Şəfiyeva Heydər Əliyev adına Sarayın keçmiş baş rejissoru olub.
Rəylər