Sentyabr ayının 5-dən Rusiyanın “ТНТ” telekanalında nümayiş etdirilən “Olqa” serialı reytinqdə birincidir.
Oxu.Az ATV.Az-a istinadən xəbər verir ki, serialın ölkədəki reytinqi 25 faizə çatıb. Ekran əsərində ATV telekanalının Seriallar departamentinin rəhbəri Vado Korovin də çəkilib. Tamaşaçılar onun yaratdığı obrazı 5 və 8-ci bölümlərdə izləyə biliblər.
Korovinin sözlərinə görə, serialda çəkilmək üçün təklif ona filmin yaradıcı heyətindən - Artyom Lampert və Pavel Oreşindən gəlib.
Serialda səslənən Azərbaycan dilində mətnləri Vado Korovin özü yazıb.
Qeyd edək ki, Vado Arnoldoviç Korovin 1972-ci il avqustun 29-da Bakıda anadan olub. “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxış edib. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub.
A.S.
www.oxu.az