Nyu-York kinofestivalı Vudi Allenin “Möcüzələr çarxı” adlanan yeni filmi ilə bağlanacaq.
Oxu.Az Kulis.az-a istinadən xəbər verir ki, festival 28 sentyabr-15 oktyabr tarixlərində keçiriləcək.
Filmdə Keyt Uinslet, Cuno Templ, Castin Timberleyk, Ceyms Beluşi çəkilib.
Filmdə hadisələr 1950-ci ildə Nyu-Yorkda baş verir. Süjetin təfərrüatları Vudinin o biri filmlərində olduğu kimi, hələlik bəlli deyil.
E.Ə.
www.oxu.az