Bakının Yasamal rayonu, Nəriman Nərimanov prospektində mərhum tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Abbas Zamanovun yaşadığı binanın üzərindəki barelyefinin oğurlanmasına cəhd edilib.
Oxu.Az-ın Report-a istinadla xəbərinə görə, ərazidə yaşayan sakinlərin müdaxiləsindən sonra barelyefi oğurlamaq istəyən naməlum şəxslər hadisə yerindən qaçıblar.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, A.Zamanov 1993-cü il aprelin 1-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
A.S.
www.oxu.az