Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sarqsyan Paşinyanı Qarabağa görə hədələdi
Ermənistanın eks-prezidenti və “Respublika” partiyasının sədri Serj Sarqsyan bazar günü partiyanın iclasında çıxış edib.
Oxu.Az “Qrapark” (Meydan) qəzetinə istinadən bildirir ki, o, öz çıxışında Qarabağa dair bəyanat verib.
“Əgər hakimiyyət ölkə üçün səmərəli addımlar atsa, biz onları birmənalı olaraq dəstəkləyəcəyik, əks halda daşı daş üstə qoymayacağıq. Biz Qarabağ məsələsində güzəştə getməyəcəyik, sona qədər mübarizə aparacağıq”, - sabiq prezident bildirib.
Sarqsyan çıxışında bəyan edib ki, onun partiyası yalançı müxalifət olmayacaq və hakimiyyətin istənilən bəyanatına qarşı dayanmağı qarşılarına məqsəd qoyublar.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb