Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Amerikalı alimdən xəbərdarlıq: Kütləvi işsizlik olacaq
2020-ci ildə dünyada kütləvi işsizlik olacaq. Düzdür, müəyyən iş yerləri olacaq, amma 2020-ci ildən ən böyük problemimiz işsizlik olacaq.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisdə (MM) çıxışı zamanı Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında professor Daniel Susskind deyib.
O qeyd edib ki, bu problemin kökündə elm və texnologiyanın sürətli inkişafı, onun həyatımıza, əl əməyinə ciddi təsiri dayanır:
“Çünki texnologiyalar inkişaf etdikcə, işçi qüvvəsinə, əl əməyinə ciddi ehtiyac qalmır. İşləri məhz həmin texnoloji avadanlıqlar, cihazlar görür”.
Onun sözlərinə görə, 2020-ci ildə və ondan sonra qarşıda dayanan əsas məsələlərdən biri şəffaflıq olacaq:
“Bu istiqamətdə ciddi düşünməyə ehtiyac var”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
ANDROID əməliyyat sistemli smartfonlar
iOS əməliyyat sistemli smartfonlar
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ