30 
Okt
2020
15:18
31
1047
5250
Virtual karabakh

Erməni təcavüzü nəticəsində yeddi ailə tamamilə məhv edilib - RƏSMİ + FOTO/VİDEO

30 Okt, 2020
15:18
5250

Erməni təcavüzü nəticəsində yeddi ailə tamamilə məhv edilib - RƏSMİ + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sentyabrın 27-dən bugünədək ermənilərin vətəndaşlarımıza hücumu ilə bağlı 52 cinayət işi başlanılıb. 45 cinayət işi Baş Prokurorluğun istintaq idarəsi tərəfindən həyata keçirilir”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, ermənilərin mülki şəxslərə qarşı hücumu nəticəsində yeddi ailə tamamilə məhv edilib:

“Hadisələr nəticəsində 14 körpə, 36 uşaq, 101 qadın, 249 kişi və 45 ahıl şəxs yaralanıb”. 

Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində sentyabrın 27-dən bu günədək 91 nəfər ölüb:

“Ermənilərin hücumları nəticəsində Gəncədə 26, Goranboyda 22, Ağdamda yeddi, Bərdədə 27, Füzulidə üç, Beyləqanda iki, Ağcabədidə bir mülki şəxs həlak olub. Dörd uşaq hər iki valideynini itirib.

400 nəfər yaralanıb. 2442 ev yararsız vəziyyətə düşüb. 92 çoxmənzilli yaşayış binaları, 428 mülki obyektlər dağıdılıb”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri