“Heç bir zaman oğul övladımın olmasını istəmirəm”.
Oxu.Az-ın məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişində qonaq olan müğənni Bahar Lətifqızı deyib.
“Bəzən zarafata deyirəm ki, oğul övladım olsun. Amma yox. Mənlik deyil. Bilirsiniz ki, 14 il övladım olmayıb. Bəzən də məni qınayırlar ki, bu niyə 2-3 dəfə ərə gedib? Övladım olmadığına görə, bir neçə dəfə ailə qurmuşam ki, övladım olsun. 1-ci övladım doğulandan sonra yoldaşımla aramızda problem oldu, ayrıldıq. Amma ikinci övladımın atası ilə bir yerdəyik, çox xoşbəxtik. Heç bir zaman oğlumun olmasını arzu etməmişəm”, - deyə o bildirib.
A.S.
www.oxu.az