Amerikalı aktrisa Melissa Qilbert 1991-ci ildə “The Doors” adlı filmin çəkilişləri zamanı rejissor Oliver Stounun ona təcavüz etmək istədiyini açıqlayıb.
Oxu.Az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Aktrisa filmin kastinq seçimlərindən keçməsi üçün rejissorun onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Aktrisa söyləyib ki, o, dərhal həmin məkandan qaçıb.
“Radio Andy”yə müsahibə verən M.Qilbert əvvəlcə ona təcavüz etmək istəyən məşhurun kimliyi barədə açıqlama vermək istəməsə də, sonradan onun Oliver Stoun olduğunu deyib və ağlamağa başlayıb.
A.S.
www.oxu.az