Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Aparıcı Çiçəyin anasının müğənni olduğu ortaya çıxdı – VİDEO
Çiçək ləqəbi ilə tanınan aparıcı Şəhla Vakkasın anası Sevda Vəliyevanın bir vaxtlar müğənni olduğu ortaya çıxıb.
Oxu.Az Axşam.az-a istinadla xəbər verir ki, S.Vəliyeva bu haqda “5/5” verilişində deyib.
O, 20 ildən sonra Zaur Kamalın qonağı olub. S.Vəliyeva həyəcanlı olduğunu bildirib:
“15 yaşım var idi, Bakı kəndlərində mahnı oxuyurdum. Türk mahnıları ifa etməyə başladım, ondan sonra adım “Turetski Sevda” qaldı. Sonra ailə həyatı qurdum, sənətdən uzaqlaşdım”.
S.Vəliyeva Zaur Kamalın onun sözü ilə işə götürüldüyünü söyləyib:
“Qızım radioda işləyəndə ona həmişə yol göstərir, məsləhətlər verirdim. Bir gün prodüser Çinar bəy zəng etdi ki, səs var qulaq asın. Zaur Kamalın səsi idi. Çinar bəy soruşdu ki, “Məsləhət bilirsinizsə, bu uşağı işə götürək”. Dedim, götürün, canavar kimi uşaqdır. Sən məni utandırmadın”.

A.S.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət
- Bakıda biri uşaq olmaqla üç nəfər yanaraq öldü: YENİ DETALLAR