Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı Aşıq Samirə Əliyeva aşıq sənətinin təbliğatı naminə ADMİU-da təhsil alan tələbələr ilə birgə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında hazırladığı fləşmobu təqdim edib.
Bu haqda Oxu.Az-a ifaçı özü məlumat verib.
Videolayihədə Aşıq Pənaha məxsus “Ana yurdum” adlı mahnı səsləndirilib.
“Heydər Əliyev adına Beynəlxalq Hava Limanını seçməkdə məqsədim Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ərəfəsində istər yerli, istərsə də Azərbaycana təşrif buyuran əcnəbi qonaqlara milli musiqi alətlərimizi və müasir aşıq sənətini nümayiş etdirməkdir”, - deyə Aşıq Samirə bildirib.
Aytən Sadıqzadə