İsveçrənin elit klinikalarının birində narkoasılılıqdan müalicə alan 52 yaşlı Corc Maykl yenidən gündəmdədir.
Oxu.Az xəbər verir ki, avstraliyalı saç ustası Karlos Artur Ortis jurnalistlərə Corc Maykl ilə sevgisindən danışıb.
Onun sözlərinə görə onlar arasında ehtiras dünya şöhrətli ulduzun Avstraliya turu zamanı yaranıb, bu tura qədər isə onlar internetdə ünsiyyətdə olublar.
Dəlil kimi isə saç ustası Maykl ilə bərabər şəkillərini paylaşıb, şəkillərin birində isə müğənni çılpaqdır.

“Bu mənim həyatımın ən xoşbəxt günləri idi”, - deyə Ortis jurnalistlərə açıqlama verib:
“O, Avstraliyaya gələndə biz onunla “Park Hayat” otelində qalırdıq. Çıxışlardan azad vaxtalarda biz praktiki olaraq otel otağından çıxmırdıq. O başını sinəmin üzərinə qoyaraq müxtəlif hadisələr danışırdı. Sonra məni İngiltərəyə dəvət etdi, mən gedə bilmədim”.


İndi Corc Mayklı stilist Fadi Favaz ilə romantik əlaqələr bağlayır, o müğənnini Küsnacht klinikasında keçdiyi müalicədə dəstəkləyir.

Narkotik asılılıqdan müalicə müğənniyə ayda 200 min avroya başa gəlir. Zərərli vərdiş aktyorun xarici görünüşünə də təsir edib, belə ki, o klinikada olduğu müddət ərzində çəki artırıb.

Aytən Sadıqzadə
www.oxu.az