Əməkdar artist Aygün Bəylər xarici görünüşündə etdiyi dəyişikliklərlə bağlı növbəti dəfə sevənlərini təəccübləndirib.
Oxu.Az xəbər verir ki, bu dəfə xanəndənin imici üzərində məşhur stilist Anar Ağakişiyev çalışıb.
Müğənninin yeni fotoşəkilləri sosial şəbəkədə paylaşılıb.
Xatırladaq ki, A.Ağakişiyev ötən ay ifaçının makyajdan əvvəl və sonrakı görüntülərini sosial şəbəkədə yerləşdirib. Video sosial şəbəkə istifadəçiləri arasında marağa səbəb olub.
A.S.
www.oxu.az