Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Azərbaycan və Türkiyə aktyorlarının rol aldığı filmin qala gecəsi keçirildi – VİDEO + FOTO](https://images.oxu.az/2017/11/06/16/27/24/933/05537810.jpg-r_1920_1080-f_jpg-q_x-xxyxx:1200.jpg)
Azərbaycan və Türkiyə aktyorlarının rol aldığı filmin qala gecəsi keçirildi – VİDEO + FOTO
Azərbaycan və Türkiyə aktyorlarının rol aldığı “Yanlış anlama” adlı filmin “Baba sahne”də qala gecəsi təşkil edilib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ekran əsərində Hakan Bilgin, Şevket Çoruh, Bahadır Efe, Duygu Karaca, İslam Mehrəliyev, Fərda Amin, Pərvin Abıyeva, Pelin Sönmez və digərləri rol alıb.
Filmin rejissoru Ulaş Cihan Şimşek, ssenari müəllifi Ayberk Çınardır.
Türkiyə və azərbaycanlı ailənin birlikdə keçirdikləri 10 gündən bəhs edən filmdə iki dilin həm yaxınlığı, həm də fərqliliyi nəticəsində yaranan səhv anlaşılmaların meydana gətirdiyi macəralar yer alıb.
Çəkilişlər İstanbul, Balat və Bakıda aparılıb.
Film Türkiyə və Azərbaycan kinoteatrlarında eyni tarixdə - 10 noyabrda nümayiş olunacaq.
![](https://images.oxu.az/2017/11/06/16/27/24/933/05537810.jpg-r_1920_1080-f_jpg-q_x-xxyxx:640.jpg)
Aytən Sadıqzadə
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Ərdoğan Azərbaycanla vacib sazişi TƏSDİQLƏDİ
- "MyGroup Holding": "Dövlətimizə və vətənimizə sevgi inancımızın bir hissəsidir"
- Ermənistanla sərhəddə görüş keçirildi, razılıq əldə edildi
- Azərbaycandan Ukraynaya göndərilən humanitar yardım və yenidənqurmaya dəstək 40 milyon dolları keçib
- "Haber Global": "Azərbaycan Avropa İttifaqının 10 ölkəsinə qaz tədarük edən enerji ölkəsidir"
Rəylər