ATV-nin aparıcısı İlhamə Bədəlova və oftalmoloq (göz həkimi) Cahid Şahbazov bu gün Türkiyənin “360” televiziya kanalında yayımlanan “Biz-bizə” adlanan sağlamlıq verilişinin qonağı olublar.
Oxu.Az xəbər verir ki, həmyerlilərimizin qatıldığı proqramda göz xəstəlikləri və sağlamlığı barəsində söhbət açılıb.
Qeyd edək ki, məşhur model Deniz Akkaya və həkim Mevlüt Dağın aparıcılığı ilə təqdim olunan proqramda sağlamlıq, gözəllik və estetik əməliyyatlar, gənc qalmağın sirləri, doğru bildiyimiz yanlışlar haqqında müzakirələr aparılır, tamaşaçılara məlumat çatdırılır və bir-birindən məşhur qonaqlar dəvət olunur.
Aytən Sadıqzadə
www.oxu.az